Ucnoqta.az
www.ucnoqta.az

Tramp ABŞ-nin nüvə enerjisi istehsalını 4 dəfə artırır

08:39 - 24 May 2025 tarixində dərc olunub.

ABŞ prezidenti Donald Tramp cümə günü növbəti 25 il ərzində yerli nüvə enerjisi istehsalının dörd dəfə artırılmasını nəzərdə tutan sərəncamlar imzalayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Qeyd olunur ki, nüvə enerjisi Amerikanı geosiyasi rəqiblərdən asılılıqdan xilas edə bilər.

Tramp öz sərəncamlarından birində Nüvə Tənzimləmə Komissiyasının (NRC) radiasiya təhlükəsizliyi standartlarının həddən artıq sərt olduğunu qeyd edir.

Müəllif: Ucnoqta.az redaksiyası