Ucnoqta.az
www.ucnoqta.az

Qazaxda yük maşını qatarla toqquşub

18:47 - 22 May 2025 tarixində dərc olunub.

Qazaxda yük maşını qatarla toqquşub, xəsarət alan var.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Çaylı kəndində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Ford” markalı yük maşınının sürücüsü 1978-ci il təvəllüdlü Tovuz rayon sakini Ə.Şirinov ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Onun vəziyyətinin ağır olduğu bidirilir.

Hadisə yerinə adiyyəti qurumların əməkdaşları cəlb olunub.

Müəllif: Ucnoqta.az redaksiyası