Ucnoqta.az
www.ucnoqta.az

Tıxacda qalan maşına dayanma-durma cəriməsi yazıldı - FOTO

18:13 - 22 May 2025 tarixində dərc olunub.

Bakıda sürücüyə yazılan cərimə narazılıq doğurub.

Tıxacda dayanan avtomobilə "Dayanma durma" cəriməsi gəlib. Bu barədə sürücü iradını sosial şəbəkə vasitəsi ilə bildirib.

Sürücüyə 346.4 maddəsi ilə ( Yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə ) 80 manat, 2 bal cərimə yazılıb.

Milli.Az görüntüləri təqdim edir:

Müəllif: Ucnoqta.az redaksiyası