Ucnoqta.az
www.ucnoqta.az

Qurban Qurbanov “Barselona”nın düşərgəsinə yollandı

17:39 - 21 May 2025 tarixində dərc olunub.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Barselona”nın düşərgəsinə yollanıb.

Bu barədə klubdan məlumat verilib. 

Bildirilib ki, Ağdamlıların çalışdırıcısı katalonların alman baş məşqçisi Hans Fliklə görüşəcək. 

Q.Qurbanov təcrübəli məşqçinin iş prinsipi ilə tanış olmaq istəyir.

O, 3 gün “Barselona”nın düşərgəsində qalacaq. 

Müəllif: Ucnoqta.az redaksiyası