Ucnoqta.az
www.ucnoqta.az

Bakıda leysan olacaq

10:19 - 15 May 2025 tarixində dərc olunub.

Bakıda və Abşeron yarımadasında mayın 15-i axşam saatlarında arabir yağış yağacağı gözlənilir.

Ucnoqta.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. 

Qeyd olunub ki, yarımadanın bəzi yerlərində yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimal olunur.

Müəllif: Ucnoqta.az redaksiyası