Ucnoqta.az
www.ucnoqta.az

Şri-Lankada avtobus dərəyə aşıb

13:14 - 11 May 2025 tarixində dərc olunub.

Şri-Lankada avtobus dərəyə aşıb, 16 nəfər ölüb, 20-yə yaxın insan yaralanıb.

Ucnoqta.az-ın məlumatına görə, bu barədə TASS yerli polisə istinadən xəbər verir.

Şri Lanka Nəqliyyat İdarəsinə məxsus avtobus Kataraqamadan Kuruneqalaya hərəkət edərkən yoldan çıxıb və əsas Nuwara Eliya - Gampola şossesində uçuruma düşüb. Ölənlərin şəxsiyyəti hələlik müəyyən edilməyib, hadisənin səbəbləri araşdırılır.

Müəllif: Ucnoqta.az redaksiyası