Ucnoqta.az
www.ucnoqta.az

İsrailin Qəzzaya endirdiyi zərbələr nəticəsində 26 fələstinli ölüb

07:58 - 9 Aprel 2025 tarixində dərc olunub.

Çərşənbə axşamı səhərdən bəri İsrailin Qəzza zolağına endirdiyi hava zərbələri nəticəsində azı 26 fələstinli həlak olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Məlumata görə, hərbçilər anklavın bütün ərazilərini intensiv hava hücumları və artilleriyadan atəşə tutmaqda davam etdiyi üçün hazırkı hesabat son deyil.

Müəllif: Ucnoqta.az redaksiyası