Ucnoqta.az
www.ucnoqta.az

"Turan Tovuz"un azarkeşlərlə dalaşan futbolçusu ilə bağlı qərar verildi

15:12 - 8 Aprel 2025 tarixində dərc olunub.

Misli Premyer Liqasında XXIX turunda "Səbail"lə matçda azarkeşi vurmağa cəhd edən "Turan Tovuz"un futbolçusu Veysəl Rzayev 1-i şərti olmaqla 2 oyunluq cəzalandırılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə AFFA-nın İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Həmçinin futbolçunun intizamsızlığına görə Tovuz təmsilçisi 2000 manat cərimələnib.

Qeyd edək ki, sınaq müddəti 3 ay təyin edilib.

Müəllif: Ucnoqta.az redaksiyası