Ucnoqta.az
www.ucnoqta.az

Ceyranbatanda zavodda fəhlənin üzərinə beton düşərək ölüb

11:27 - 8 Aprel 2025 tarixində dərc olunub.

Abşeronda beton zavodunda bədbəxt hadisə baş verib.

Ucnoqta.az xəbər verir ki, hadisə Ceyranbatan qəsəbəsində yerləşən beton zavodunda qeydə alınıb. İş zamanı qəza baş verib. 1979-cu il təvəllüdlü fəhlə, Səməddin Rüstəmov iş zamanı yuxarıdan qopan beton kütləsinin üzərinə düşməsi nəticəsində ölüb.

Faktla bağlı araşdırma aparılır. İlkin ehtimallara görə, hadisəyə texniki təhlükəsizlik qaydalarına əməl edilməməsi səbəb olub.

Müəllif: Ucnoqta.az redaksiyası