Ucnoqta.az
www.ucnoqta.az

DSX-nin əsgəri minaya düşdü

09:36 - 7 Aprel 2025 tarixində dərc olunub.

Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu Əsgər Nicat oğlu Musayev Cəbrayıl rayonunda minaya düşərək həlak olub.

Ucnoqta.az report-a istinadla xəbər verir ki, mərhumun nəşi dəfn olunması üçün Lənkəran rayonuna gətirilib.

Ə.Musayev Göyşaban kənd qəbiristanlığında torpağa tapşırılacaq.

Müəllif: Ucnoqta.az redaksiyası