Ucnoqta.az
www.ucnoqta.az

Xalq artisti əməliyyat olundu

17:06 - 4 Aprel 2025 tarixində dərc olunub.

Xalq artisti, bəstəkar Faiq Sücəddinovun vəziyyəti pisləşib.

Ucnoqta.az manset.az-a istinadla xəbər veri ki, onun böyrəyində problem yaranıb və təcili əməliyyata götürülüb.

Xalq artistinin əməliyyatdan sonra vəziyyəti yaxşıdır, müalicə prosesi davam edir.

Faiq Sücəddinov 2006-cı ildə Xalq Artisti fəxri adına layiq görülüb. O, Azərbaycanın ən məşhur bəstəkarlarından biri, Prezident təqaüdçüsüdür.

Müəllif: Ucnoqta.az redaksiyası