Ucnoqta.az
www.ucnoqta.az

Boliviyada partlayış - azı 5 nəfər ölüb

09:08 - 4 Aprel 2025 tarixində dərc olunub.

Boliviyada baş verən partlayış nəticəsində azı 5 nəfər ölüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə “La Razon” məlumat yayıb.
Hadisə aprelin 3-də iki mədən briqdasının işçiləri arasında münaqişə zamanı baş verib. Partlayıcı qurğu dizel yanacağı olan çəlləkdə gizlədilib və uzaqdan işə salınıb.

Nəticədə biri bir yaşlı uşaq olmaqla 5 nəfər ölüb.

Əraziyə nəzarəti təmin etmək üçün hadisə yerinə 350 polis əməkdaşı gəlib.

Yerli hakimiyyət orqanları və hüquq-mühafizə orqanları partlayışın gücünə görə ölənlərin cəsədlərinin tanınmasının çətin olduğunu bildiriblər.

Müəllif: Ucnoqta.az redaksiyası