Ucnoqta.az
www.ucnoqta.az

Yollarda görünüş məsafəsi məhdudlaşacaq

15:35 - 3 Aprel 2025 tarixində dərc olunub.

Sabah bəzi rayonlarda avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq.

Ucnoqta.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, aprelin 4-də bəzi rayonlarda yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.

Müəllif: Ucnoqta.az redaksiyası