Ucnoqta.az
www.ucnoqta.az

Sumqayıtda avtomobil marketə girdi - FOTO

16:41 - 2 Aprel 2025 tarixində dərc olunub.

Bu gün Sumqayıtda yol qəzası baş verib.

Ucnoqta.az qafqazinfo.az-a istinadən xəbər verir ki, şəhərin 29-cu məhəllə adlanan hissəsində "Ravon Nexia" və "Wolksvagen Passat" markalı avtomobillər toqquşub.

Nəticədə idarəetmədən çıxan maşınlardan biri yol kənarındakı "AL Market"ə çırpılıb.

Qəza nəticəsində avtomobillərə və marketə ciddi ziyan dəyib.

Müəllif: Ucnoqta.az redaksiyası