Ucnoqta.az
www.ucnoqta.az

Binance Novruz bayramını Bakıda qeyd etdi: ictimaiyyət, mədəniyyət və kriptovalyuta

15:09 - 2 Aprel 2025 tarixində dərc olunub.

Dünyada ticarət dövriyyəsinə görə ən böyük kriptovalyuta birjasının yaradıcısı olan aparıcı blokçeyn ekosistemi Binance, Azərbaycanda Novruz bayramına həsr olunmuş ilk yerli tədbirini təşkil edib.

Tədbirə 300-dən çox iştirakçı qatılıb və bu, ölkədə kriptovalyuta icmasının formalaşması və güclənməsi baxımından əlamətdar hadisə olub. Qonaqlar bayram əhval-ruhiyyəsini yaşamaqla yanaşı, ənənəvi qoğal və isti çaydan dadıb, kriptovalyuta mövzusunda əyləncəli fəaliyyətlərə qoşulublar, Binance-in brend hədiyyələrini əldə etdilər və yeni tanışlıqlar qazanmaq imkanı əldə ediblər.

Bayrama özəl olaraq şəhərdə Binance brendi ilə bəzədilmiş xüsusi fud-vən fəaliyyətə başlayıb. Burada iştirakçılar milli yeməklərdən dadmaqla yanaşı, rahat və qeyri-rəsmi mühitdə rəqəmsal aktivlər haqqında daha ətraflı məlumat əldə edə biliblər.

“Novruz – yeni başlanğıcların bayramıdır və məhz bu bayramla Azərbaycandakı yerli tədbirlərimizə start verdiyimiz üçün çox sevincliyik. Bizim üçün tədbir keçirmək sadəcə bir məqsəd deyil – biz açıq və mehriban kriptoicma formalaşdırmaq istəyirik. İstifadəçilərin böyük marağını görürük və rəqəmsal aktivləri hər kəs üçün daha əlçatan və başadüşülən etmək üçün kripto savadlılığın artırılmasına çalışırıq – bunu isə canlı ünsiyyət, cəlbedici məzmun və interaktiv yanaşma ilə reallaşdırırıq,” – deyə Binance şirkətinin Mərkəzi və Şərqi Avropa, Mərkəzi Asiya və Afrika regionları üzrə rəhbəri Kirill Xomyakov bildirib.

Müəllif: Ucnoqta.az redaksiyası