Ucnoqta.az
www.ucnoqta.az

Rusiyanın bölgələri üzərində 93 PUA vurulub

08:16 - 2 Aprel 2025 tarixində dərc olunub.

Rusiya hava hücumundan müdafiə sistemləri bir gecədə Kursk, Belqorod və Rostov vilayətləri üzərində 93 PUA-nı tutaraq məhv edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, 87 PUA Kursk vilayəti, 4 PUA Rostov vilayəti və 2 PUA Belqorod vilayəti ərazisi üzərində zərərsizləşdirilib.

Müəllif: Ucnoqta.az redaksiyası