Ucnoqta.az
www.ucnoqta.az

Tacikistanlı MMA döyüşçüsü müharibədə öldü

00:01 - 2 Aprel 2025 tarixində dərc olunub.

Qarışıq döyüş növləri (MMA) üzrə tacikistanlı döyüşçü Artur Odilbekov xüsusi hərbi əməliyyat zonasında ölüb.

Ucnoqta.az-ın məlumatına görə, bu barədə Pamir Fighters qarışıq döyüş sənətləri akademiyasının VKontakte səhifəsində məlumat verilib.

40 yaşlı Odilbekovun  MMA-da altı qələbə və beş məğlubiyyəti olub.

Müəllif: Ucnoqta.az redaksiyası