Ucnoqta.az
www.ucnoqta.az

Sabirabadda mağaza yanıb

14:17 - 28 Mart 2025 tarixində dərc olunub.

Sabirabadda ərzaq mağazası yanıb.

Bu barədə FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, rayonunun Şəhriyar kəndində ümumi sahəsi 120 m² olan ərzaq mağazasının yanar konstruksiyaları yanıb. Bitişik evlər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ucnoqta.az redaksiyası