Ucnoqta.az
www.ucnoqta.az

Nəriman “Qarabağ”dan gedir - Rəsmi açıqlama

12:18 - 27 Mart 2025 tarixində dərc olunub.

Xəbər verdiyimiz kimi, Norveçin “Molde” klubu “Qarabağ”ın hücumçusu Nəriman Axundzadəni transfer etmək istəyir.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Qarabağ”ın mətbuat katibi Anar Hacıyev “Qafqazinfo”ya açıqlama verib. 

“Rəsmi təklif gəlib. Klubumuz tərəfindən onlara rəsmi cavab verilib. Bundan sonra geridönüş olmayıb. Bu gün isə onlarda artıq “transfer pəncərəsi” bağlanır”,- o bildirib.

Müəllif: Ucnoqta.az redaksiyası