Ucnoqta.az
www.ucnoqta.az

İsrail Qəzzanın mərkəzindəki qaçqın düşərgəsini vurdu

05:27 - 27 Mart 2025 tarixində dərc olunub.

İsrail Qəzza zolağının mərkəzindəki Nuseyrat qaçqın düşərgəsinə hava zərbəsi endirməsi nəticəsində ən azı 13 nəfər ölüb, bir neçə nəfər yaralanıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Məlumata görə,son 24 saat ərzində İsrailin Fələstin anklavına endirdiyi zərbələr nəticəsində ölənlərin ümumi sayı 26-ya çatıb. 

Müəllif: Ucnoqta.az redaksiyası