Ucnoqta.az
www.ucnoqta.az

Mingəçevirdə çobanın meyiti tapıldı

10:03 - 24 Mart 2025 tarixində dərc olunub.

Mingəçevirdə bağ massivində meyit tapılıb.

Ucnoqta.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə martın 23-ü axşam saatlarında qeydə alınıb.

Tovuzun Aşağı Ayıblı kəndində qeydiyyatda olan 53 yaşlı Mehman Yusifovun çoban olduğu, ilkin məlumata əsasən, mal-qara otararkən öldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası