Ucnoqta.az
www.ucnoqta.az

İsrail Qəzzaya hücumlar barədə ABŞ-ı məlumatlandırıb - Ağ Ev

05:28 - 18 Mart 2025 tarixində dərc olunub.

Ağ Evin mətbuat katibi Karolina Levitt deyib ki, Tramp administrasiyası Qəzzaya planlaşdırılan zərbələr barədə İsrail tərəfindən məlumatlandırılıb.

Ucnoqta.az xəbər verir ki, o, bu barədə Fox News-a müsahibəsində bildirib.

"Tramp Administrasiyası və Ağ Ev İsrail tərəfindən Qəzzada bugünkü hücumlarla bağlı məlumatlandırılıb. Prezident Tramp açıq şəkildə bildirib: HƏMAS, husilər, İran təkcə İsraili deyil, həm də ABŞ-ı terror etmək istəyənlərin hamısı öz əməllərinin əvəzini ödəyəcəklər" -  Levitt qeyd edib.

Müəllif: Ucnoqta.az redaksiyası