Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub - MN

15:08 - 17 Mart 2025 tarixində dərc olunub.

Martın 17-i gecə saat 01:25-dən gündüz saat 12:55-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Zağalı və Gorus rayonunun Dığ yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

Bu barədə Ucnoqta.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Müəllif: Ucnoqta.az redaksiyası