Ucnoqta.az
www.ucnoqta.az

Tramp çərşənbə axşamı Putinlə danışmağı planlaşdırır

08:21 - 17 Mart 2025 tarixində dərc olunub.

ABŞ prezidenti Donald Tramp martın 18-də rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı etməyi planlaşdırdığını bildirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Reuters” yazır.

Tramp qeyd edib ki, atəşkəs əldə olunmasa, Moskva ilə Kiyev arasında münaqişə III Dünya Müharibəsinə çevrilə bilər.

Ötən həftə Putin Moskvada ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoff ilə görüşüb.

Müəllif: Ucnoqta.az redaksiyası