Ucnoqta.az
www.ucnoqta.az

Şimali Makedoniya Prezidenti Heydər Əliyevin məzarını ziyarət edib

17:21 - 11 Mart 2025 tarixində dərc olunub.

Ölkəmizdə rəsmi səfərdə olan Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova martın 11-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Ucnoqta.az xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Müəllif: Ucnoqta.az redaksiyası