Ucnoqta.az
www.ucnoqta.az

Ukraynanın kifayət qədər silahı var - Peskov

11:58 - 11 Mart 2025 tarixində dərc olunub.

Qərb Kiyevə tədarükünü dayandırsa belə, çoxlu silah Ukraynada qalacaq.

Ucnoqta.az xəbər verir ki, bu fikri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov çıxışı zamanı deyib.

Kreml nümayəndəsi hesab edir ki, o qədər silah gətirilib ki, tədarük dayandırıldıqdan sonra belə, ukraynalıların döyüşmək üçün hələ çox, çox ayları olacaq.

Müəllif: Ucnoqta.az redaksiyası