Ucnoqta.az
www.ucnoqta.az

Gəncə xəstəxanasında 4 yaşlı uşaq öldü

16:33 - 10 Mart 2025 tarixində dərc olunub.

Gəncə şəhəri 2 saylı Uşaq Xəstəxanasında azyaşlının ölümü qeydə alınıb.

Ucnoqta.az xəbər verir ki, Gəncə şəhər sakini, 2021-ci il təvəllüdlü H.Hüseynov yaxınları tərəfindən xəstəxanaya çatdırılıb.

Xəstəxanada ona tibbi yardım göstərilsə də, həkimlərin səylərinə baxmayaraq uşağın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırıma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası