Ucnoqta.az
www.ucnoqta.az

Buxarestdə kütləvi toqquşmalar olub

07:36 - 10 Mart 2025 tarixində dərc olunub.

Rumıniyanın paytaxtı Buxarestdə kütləvi toqquşmalar olub

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, Buxarestdə sağçı populist Kalin Georgescunun prezident seçkilərində qeydiyyatı rədd edildikdən sonra onun 1500-ə yaxın tərəfdarı etiraz aksiyası keçirib.

Rumıniya Mərkəzi Seçki Bürosunun (MSB) təkrar prezident seçkilərində sağ populist Kalin Georgeskunun namizədliyini qeydə almaqdan imtinası kütləvi etirazlara səbəb olub. 

 Onlarla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında toqquşma baş verib. Polislə qarşıdurma zamanı gözyaşardıcı qazdan istifadə edilib.

Müəllif: Ucnoqta.az redaksiyası