Ucnoqta.az
www.ucnoqta.az

ABŞ və Ukrayna yaxın saatlarda faydalı qazıntılar üzrə saziş imzalaya bilər

00:00 - 5 Mart 2025 tarixində dərc olunub.

ABŞ və Ukrayna yaxın saatlarda faydalı qazıntılar üzrə saziş imzalaya bilər

Ucnoqta.az xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, saziş ABŞ-ın şərq sahili vaxtı ilə çərşənbə axşamı imzalana bilər.
Reuters mənbələri qeyd edir ki, ABŞ prezidenti Donald Tramp sazişin imzalanmasını Senat və Konqresin Nümayəndələr Palatasının 21:00-a planlaşdırılan birgə iclasında çıxışı zamanı elan edə bilər. “Reuters” vurğulayır ki, məqalə dərc olunan vaxt müqavilə imzalanmamışdı və planlar dəyişə bilər.

Müəllif: Ucnoqta.az redaksiyası