Ucnoqta.az
www.ucnoqta.az

Şirvanda süpürgəçini maşın vurdu

18:38 - 4 Mart 2025 tarixində dərc olunub.

Şirvanda kommunal təsərrüfat işçisini avtomobil vurub.

Ucnoqta.az Apa-ya istinadən xəbər verir ki, hadisə Şirvan şəhəri H.Əliyev prospektində baş verib.

“Mercedes” markalı avtomobi yol kənarını süpürən Şirvan sakini, 1982-ci il təvəllüdlü İlahə İsmayılovanı vurub.

O, müxtəlif xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası