Ucnoqta.az
www.ucnoqta.az

Nizamidə mənzildən oğurluq edən şəxs tutuldu

13:01 - 4 Mart 2025 tarixində dərc olunub.

Polis Nizami rayonunda evdən oğurluq edən şəxsi saxlayıb.

Ucnoqta.az DİN-ə istinadla xəbər verir ki, mənzildən 150 dollar, 4000 manat dəyərində mobil telefon, oyun konsulu və qızıl-zinət əşyaları qarət olunub.

Əməli törətməkdə şübhəli bilinən, əvvəllər oğurluqla əlaqəli cinayətlərə görə məhkum olunmuş 21 yaşlı Anar Cəfərovdur. Onun törətdiyi cinayət təhülkəsizlik kameraları vasitəsilə də anbaan lentə alınıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası