Ucnoqta.az
www.ucnoqta.az

Ukraynaya hərbi yardımı dayandırmaq hələ müzakirə edilməyib - Tramp

00:07 - 4 Mart 2025 tarixində dərc olunub.

Ukraynaya hərbi yardımı dayandırmaq hələ müzakirə edilməyib

Ucnoqta.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib. Tramp ABŞ-ın Ukraynaya hərbi yardımının dayandırılması variantını hələ müzakirə etmədiyini bildirib.

"ABŞ Ukraynada illərlə uzanan müharibəni deyil, tez atəşkəs istəyir. Ukrayna münaqişəsi illərlə deyil, tez bitməlidir", - Tramp. ABŞ prezidentinin sözlərinə görə, Ukraynada sülhün əleyhinə çıxış edən hər kəs “çox qalmayacaq”. 

Müəllif: Ucnoqta.az redaksiyası