Ucnoqta.az
www.ucnoqta.az

Zelenski Ukraynada sülh istəmir - Peskov

14:25 - 3 Mart 2025 tarixində dərc olunub.

Ukrayna prezidenti Volodimir Zelenskinin Ağ Evdəki bəyanatları Kiyevin sülh istəmədiyini və danışıqlara hazır olmadığını nümayiş etdirdi.

Ucnoqta.az xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə TASS-ın sualını cavablandırarkən vurğulayıb ki, problemin həlli üçün təkcə Rusiya və ABŞ-ın səyləri kifayət deyil.

“Kiyev rejimi və Zelenski sülh istəmir, müharibənin davam etməsini istəyirlər. Ona görə də bu vəziyyətdə, əlbəttə ki, Vaşinqtonun səyləri və Moskvanın təkbaşına hazırlığı kifayət etməyəcək”, - Kreml nümayəndəsi qeyd edib. 

"Kiyev rejimi vəziyyəti danışıqlar yolu ilə nizamlamaqdan imtina edir", - Peskov əlavə edib.

Müəllif: Ucnoqta.az redaksiyası