Ucnoqta.az
www.ucnoqta.az

"Meta" məxfiliyi pozan 20 əməkdaşı işdən çıxarıb

09:58 - 28 Fevral 2025 tarixində dərc olunub.

Amerikanın “Meta” korporasiyası “məxfi məlumatların sızması” səbəbindən 20-yə yaxın əməkdaşını işdən çıxarıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə The Verge portalı şirkət nümayəndəsi Deyv Arnolda istinadən məlumat yayıb.

Amold bildirib ki, araşdırma nəticəsində 20-yə yaxın əməkdaş məxfi məlumatları açıqladığına görə işdən çıxarılıb

Arnoldun sözlərinə görə, şirkət rəhbərliyi vəziyyəti ciddi qəbul edir və sızma aşkar edilərsə, tədbirlər görməyə davam edəcək. 

O, həmçinin qeyd edib ki, Meta mütəmadi olaraq işçilərinə daxili məlumatların açıqlanmasının şirkət siyasətinə zidd olduğunu xatırladır.

Müəllif: Ucnoqta.az redaksiyası