Ucnoqta.az
www.ucnoqta.az

Ər arvadını balta və armaturla döyməkdə şübhəli bilinir

08:44 - 28 Fevral 2025 tarixində dərc olunub.

Gəncə şəhərində döyülmə faktı qeydə alınıb.

Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, şəhər ərazisində 1991-ci il təvəllüdlü H.Abıyevanın balta və armaturla bədəninin müxtəlif hissələrinə zərbələr endirilib.

Qadın xəstəxanaya yerləşdirilib, vəziyyəti ağır olaraq qalır.

Yaxınlarının dediyinə görə, qadının həyat yoldaşı hadisəni törətməkdə şübhəli bilinir.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası