Ucnoqta.az
www.ucnoqta.az

163 qadın, 184 kişi ... - TƏBİB

10:44 - 27 Fevral 2025 tarixində dərc olunub.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə qarlı hava şəraiti ilə əlaqədar indiyədək 163-ü qadın, 184-ü kişi olmaqla, 347 nəfərin müraciəti qeydə alınıb.

Bu barədə Ucnoqta.az-a TƏBİB-dən bildirilib.

Onlardan 315 nəfər müxtəlif travmalarla müvafiq tibb müəssisələrinə hospitalizasiya olunub. Müraciət edənlərdən 32 nəfərə yerində yardım olunub.

Müəllif: Ucnoqta.az redaksiyası