Ucnoqta.az
www.ucnoqta.az

Hakimləri təhdid edən məşqçi cəzalandırıldı

14:05 - 19 Noyabr 2024 tarixində dərc olunub.

AFFA İntizam Komitəsi I Liqada çıxış edən "Mingəçevir"in məşqçisi Namiq İbrahimlini beş oyunluq cəzalandırıb.

Ucnoqta.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, buna mütəxəssisin VII turda "Baku Sportinq"lə matçın 72-ci dəqiqəsində ikinci sarı vərəqəni aldıqdan sonra hakimləri təhqir və təhdid etməsi səbəb olub.

Klub onun bu hərəkətinə görə 500 manat cərimələnib.

Müəllif: Ucnoqta.az redaksiyası