Ucnoqta.az
www.ucnoqta.az

Rövşən Binnətli vəzifəsindən azad olundu

17:42 - 3 Oktyabr 2024 tarixində dərc olunub.

“İdman Azərbaycan” kanalında gözlənilməz ayrılıq baş verib.

Ucnoqta.az Offsideplus.az-a istinadən xəbər verir ki, kanalın direktoru Rövşən Binnətli işdən azad olunub. 

Onun vəzifəsini hələlik tanınmış şərhçi Fikrət Adıgözəlli icra edəcək. Ayrılığın səbəbi dəqiq bilinmir.

Qeyd edək ki, Rövşən Binnətli 2023-cü ilin yanvar ayından bu vəzifədə çalışırdı. 

Müəllif: Ucnoqta.az redaksiyası