Ucnoqta.az
www.ucnoqta.az

Bakıda ağır yol qəzası olub, ölən və yaralanan var

09:44 - 20 Sentyabr 2024 tarixində dərc olunub.

Bakının Zabrat qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, “Lada Priora" markalı avtomobil hərəkətdə olan zaman piyada zolağında yolu keçən 1982-ci il təvəllüdlü Məmmədov Kamil Etibar oğlunu vurub.

Piyada aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb.

Avtomobildə olan sərnişin 1993-cü il təvəllüdlü Musazadə Elvin Qəhrəman oğlu gözündən aldığı xəsarətlərlə bağlı Z.Əliyeva adına göz xəstəxanasına yerləşdirilib.

Fakt araşdırılır.

Müəllif: Ucnoqta.az redaksiyası