Ucnoqta.az
www.ucnoqta.az

Elektron siqaret ağciyərlərə dağıdıcı təsir göstərir

07:00 - 26 Avqust 2024 tarixində dərc olunub.

Elektron siqaret mayelərində müxtəlif kimyəvi maddələr var.
Onlar insan sağlamlığına, xüsusən də ağciyərlərə ciddi zərər verə bilər.

Ucnoqta.az xəbər verir ki, bu barədə onkoloq Andrey Nefedov danışıb.
O bildirib ki, mayelərin tərkibində nikotin, ətirli maddələr, propilenqlikol, qliserin, həmçinin nikel, xrom, qurğuşun və kadmium kimi ağır metallar var. Həkimin sözlərinə görə, bu komponentlər tənəffüs sisteminə pis təsir göstərə bilər.
Nefedov bildirib ki, qliserin ağciyərlərdə pərdə əmələ gətirir ki, bu da nəfəs almağı çətinləşdirir və onların fəaliyyətini pisləşdirir. Bundan əlavə, nikotin ağciyər toxumasının iltihabına və zədələnməsinə səbəb olur, həmçinin davamlı öskürək riskini artırır.
Elektron siqaretdə istifadə edilən duz nikotini tütün nikotindən daha çox asılılıq yaradır və insana demək olar ki, fasiləsiz siqaret çəkməyə imkan verir.
 

Müəllif: Ucnoqta.az redaksiyası