Ucnoqta.az
www.ucnoqta.az

Sabah səhər saatlarından Bakıya su veriləcək

23:03 - 23 Avqust 2024 tarixində dərc olunub.

İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidmətindən verilən məlumata görə, Oğuz-Qəbələ-Bakı su kəmərində aparılan təmir-bərpa işlərindən sonra, reqlamentə uyğun olaraq kəmərin su ilə doldurulması müvəffəqiyyətlə başa çatdırılır.

Xidmətdən Ucnoqta.az-a verilən məlumata görə avqustun 24-ü səhər saatlarında şəhərin su təhcizatı şəbəkəsinin əvvəlki rejimdə işləməsi təmin ediləcək.

Müəllif: Ucnoqta.az redaksiyası