Ucnoqta.az
www.ucnoqta.az

Ağsuda narkokuryerlik edən qadın həbs edilib

09:15 - 23 Avqust 2024 tarixində dərc olunub.

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 54 yaşlı Təranə Məmmədova saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, ondan 3 kiloqram 500 qram marixuana və heroin aşkar olunub.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə T.Məmmədova barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Müəllif: Ucnoqta.az redaksiyası