Ucnoqta.az
www.ucnoqta.az

Kərim Vəliyev Qazaxıstana səfər edib

08:58 - 23 Avqust 2024 tarixində dərc olunub.

Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin avqustun 23-də Qazaxıstana səfəri başlayıb.

Müdafiə Nazirliyindən Ucnoqta.az-a verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan Ordusunun hərbi qulluqçularının iştirak etdiyi "Altın Kıran - 2024" ("Qızıl Qartal - 2024") birgə taktiki-xüsusi təliminin taktiki epizodu izləniləcək, eləcə də ölkələrimiz arasında hərbi, hərbi-texniki və hərbi-təhsil sahələrində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunacaq.

Müəllif: Ucnoqta.az redaksiyası