Ucnoqta.az
www.ucnoqta.az

İslandiyanın cənub-qərbində vulkan püskürüb

08:50 - 23 Avqust 2024 tarixində dərc olunub.

İslandiyanın cənub-qərbindəki Qrindavik şəhəri yaxınlığındakı Reykjanes yarımadasında yerləşən Sundnukur vulkanı cümə günü gecə saatlarında püskürməyə başlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə İslandiya mediası yazıb.
Lava axını şimal-qərbə doğru 2 km/saat sürətlə hərəkət etməyə davam edib. Şəhərin yaxın ərazilərindən insanlar təxliyə edilib.

Müəllif: Ucnoqta.az redaksiyası