Ucnoqta.az
www.ucnoqta.az

Son sutkada Qəzzada daha 47 nəfər həlak olub

08:40 - 23 Avqust 2024 tarixində dərc olunub.

Qəzzada son 24 saat ərzində İsrail ordusunun anklavın mərkəzi və cənub hissələrində əməliyyatları gücləndirməsi nəticəsində azı 47 nəfər həlak olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Bildirilir ki, İsrailin Qəzzaya qarşı ötən ilin oktyabrından davam edən müharibəsində artıq 40 265 nəfər ölüb, 93 144 nəfər isə yaralanıb.

Müəllif: Ucnoqta.az redaksiyası