Ucnoqta.az
www.ucnoqta.az

Kabinəsində tüstülənmə olan təyyarə Şeremetyevoya enib

13:27 - 22 Avqust 2024 tarixində dərc olunub.

Airbus A350 sərnişini təcili Şeremetyevo hava limanında yerə enib.

Ucnoqta.az xəbər verir ki, bu barədə TASS-a aviasiya xidmətlərindən bildirilib.

“Xabarovskdan Moskvaya uçan sərnişin təyyarəsi kabinədəki tüstü detektorunun işə düşməsi səbəbindən Şeremetyevoda təcili eniş etməyə hazırlaşır”, - agentliyin mənbəsi bildirib.

Təyyarə yeddi saatdan çox havada olub. Eniş yerinə fövqəladə xidmətlər göndərilib.

Daha sonra hava xidmətləri təyyarənin təhlükəsiz eniş etdiyini bildirib.

Müəllif: Ucnoqta.az redaksiyası