Ucnoqta.az
www.ucnoqta.az

Məşhur ispaniyalı futbolçu vəfat edib

14:54 - 21 Avqust 2024 tarixində dərc olunub.

1964-cü ilin futbol üzrə Avropa çempionu, ispaniyalı Fransisko Qarsia Qomez (Pakito) 87 yaşında vəfat edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə İspaniyanın "Valensiya" futbol klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, komandanın futbolçuları qarşıdakı İspaniya çempionatında "Selta" və "Atletiko" ilə matçlarda qollarına qara matəm sarğısı taxacaqlar.
Avqustun 31-də “Vilyarreal”la keçiriləcək növbəti ev oyunu bir dəqiqəlik sükutla başlayacaq.

Mütəxəssis məşqçilik karyerasının son illərini “Vilyarreal”da keçirib.

Müəllif: Ucnoqta.az redaksiyası