Ucnoqta.az
www.ucnoqta.az

Bakıda “Hyundai” qaçırılıb

11:39 - 21 Avqust 2024 tarixində dərc olunub.

Bakıda avtomobil qaçırılıb.

Bu barədə Ucnoqta.az-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, avqustun 19-u saat 14 radələrində Novxanı bağları sahəsinin ərazisində yerləşən istirahət mərkəzinin qarşısından paytaxt sakini olan bir qadına məxsus “Hyundai” markalı avtomobil qaçırılıb.

Hadisəni törətmiş həmin obyektdə çalışan Natiq Qasımov Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalar davam etdirilir.

Müəllif: Ucnoqta.az redaksiyası