Ucnoqta.az
www.ucnoqta.az

Çində mədən qəzasında 7 nəfər həlak olub

11:32 - 21 Avqust 2024 tarixində dərc olunub.

Çinin cənub-qərbindəki Sıçuan əyalətində kömür mədənində baş verən qəza nəticəsində 7 şaxtaçı həlak olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb. Məlumata görə, dağıntılar altında daha bir nəfər qalıb.

Hadisə Pekin vaxtı ilə təxminən saat 10:00-da Leşan şəhərində baş verib. İtkin düşən şəxsin axtarışları davam edir.

Qəzanın səbəbləri araşdırılır.

Müəllif: Ucnoqta.az redaksiyası