Ucnoqta.az
www.ucnoqta.az

Havada tozun miqdarı normadan artıqdır

09:20 - 21 Avqust 2024 tarixində dərc olunub.

Hazırda Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.

Ucnoqta.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova məlumat verib.

O bildirib ki, havada tozun miqdarı normadan 1.2- 1.3 dəfə artıqdır:

“Tozlu hava şəraiti meteoroloji vəziyyətdən asılı olaraq transsərhəd xarakter daşıyır və gün ərzində davam edəcəyi gözlənilir”.

Müəllif: Ucnoqta.az redaksiyası